Laçın dəhlizində Azərbaycanın gömrük postu olacaq


Digərləri 05 Dek 2022 16:54:00 81 0

Laçın dəhlizində Azərbaycanın gömrük postu olacaq

Xəbər verildiyi kimi, Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı nəticəsində ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərindən, eyni zamanda jurnalistlərdən ibarət heyəti ötən həftə Qarabağa səfər edib. Səfər zamanı Laçın dəhlizində sülhməramlı qüvvələrlə mübahisəli anlar yaşanıb.

Bu gün isə Azərbaycan-Ermənistan şərti sərhəddində (RMX-nin 1-ci postunda) gömrük məntəqəsi yaradılacağı barədə sensasion xəbər yayılıb.

Son.az xəbər verir ki, bunu Qarabağdakı sülhməramlı qüvvələrin komandanı, general-leytenant Andrey Volkov deyib.