Bürclərin ən ikrah doğuran özəllikləri İkiüzlü və yalançı əkizlər...


Digərləri 04 Dek 2022 01:22:00 100 0

Bürclərin ən ikrah doğuran özəllikləri  İkiüzlü və yalançı əkizlər...

Heç kim ideal deyil. Hər kəsin başqalarında ikrah doğuran bəlli özəllikləri var və bürclərə görə fərqlilik göstərir.

Son.az bizim.media-ya istinadən bürclərin ən ikrah doğuran xüsusiyyətlərini təqdim edir: Qoç Qoçlar eqo məmnuniyyətinə ən çox ehtiyacı olan bürcdür. Öndə olmaq üçün etməyəcəkləri şey yoxdur. Qarşısındakı insanı incidə biləcəklərini heç vaxt düşünmür, üzr istəməyi bacarmırlar. Qoçların gözündə yalnız özləri ağıllıdır və digər hər kəs axmaqdır. Hər kəsə nəsihət verən, təkəbbürlü insanlardır.  Buğa Buğalar o qədər tənbəldirlər ki, hərəkətə keçmək üçün kimdənsə yardım və ya tələb olmalıdır. Heç vaxt deyilənləri birinci dəfədən başa düşüb, yerinə yetirmirlər. Ən azı 10 dəfə dedikdən sonra buğalar işə başlayırlar. Lakin oturduqları yerdən hər şeyin ayaqlarının ucuna qədər gəlməsini istəyirlər.  Əkizlər Onlardan, ümumiyyətlə, uzaq durmaq yaxşıdır. Əkizlərin ən çox ikrah doğuran özəllikləri ikiüzlü və yalançı olmalarıdır. O qədər çox danışırlar ki, çənəsinin altında düşən adamı həyatdan bezdirirlər. Təsadüfi deyil ki, şizofreniya xəstələrinin böyük qismi də məhz bu bürcün nümayəndələridir.  Xərçəng Xərçənglər simpatik görünməyə çalışan və başqalarının problemləri ilə maraqlanan son dərəcə təkəbbürlü şəxslərdir. Lakin onların bu canyananlığı saxtadır. Eyni zamanda xərçəngləri aldatmaq olduqca asandır.  Şir Şirlər hər zaman özlərini dünyanın zirvəsində görür, hər kəsi məsxərəə qoyurlar. Onlar o qədər təkəbbürlüdürlər ki, heç vaxr tənqidi qəbul etmirlər. Şirlərin imkanı olsa, bütün həyatlarını güzgülü otaqda, özlərini seyr edib, həzz alaraq keçirə bilərlər. Şirlər istəyir ki, bütün dünya onların ətrafında dönsün. Qız Detallarda boğulan qızlar, öz xırdaçılıqları ilə ətrafındakı insanları da boğurlar. O, həm də vasvasıdır və xəstəlikdən qorxur. Səliqəli və nizamlı olduğu üçün hər şeyə nəzarət etməyə çalışır. Dilləri də çox itidir. Eyni zamanda qızlar olduqca soyuq, başqalarının istəklərini nəzərə almayan insanlardır.  Tərəzi Sənətçi ruhlu tərəzilər hər şeyə fərqli ölçüdə yanaşırlar. Onlar bu xasiyyətlərinə görə, iş tapmaqda da çətinlik çəkirlər. Ona görə də, əksəriyyəti ömürlərinin sonuna qədər bir işdən, digərinə qaçırlar. Tərəzilər gözəl görünmək üçün hər şeyi edirlər. Lakin ağılları havada olduğu üçün heç vaxt nəticə qazana bilmirlər.  Oxatan O, hər şeyin yaxşı tərəfini görür. Bacarıqsızlığını başqa cür ört-basdır edə bilməz. Bu bürcdən də çox sayda işsiz-gücsüz insanlar çıxır. Onun işi yalnız gəzib-dolaşmaqdır. Oxatanların əksəriyyəti artıq alkoqolikdir.  Əqrəb Adından da göründüyü kimi, əqrəb kimi sancır. Səmimi görünsələr də, olduqca qısqancdırlar. Qısqanclıqları o qədər böyükdür ki, işdə və özəl həyatlarında insanların həyatını cəhənnəmə çevririlər. Eyni zamanda duyğusuzdurlar. Əksər əqrəblərin sonda dəhşətli bir qətlin qurbanı olduğu da eşidildi.  Oğlaq Ən duyğusuz insanlar oğlaqlardır. Soyuq divar kimidirlər. O, son dərəcə materialist və xəsisdir. Oğlaq mühafizəkardır və risk etməkdən çəkinir.  Dolça Özlərini çox aqressiv insan kimi tanıdırlar. Nəyisə əldə etmək üçün hər cür yalan danışırlar. Ancaq öz maraqlarını düşünürlər. Özünü olduqca bəyənir və insanların arxasınca çox danışır. O, qeybətçidir. Öz mənfəəti üçün etməyəcəyi heç bir şey yoxdur. Heç kimi təqlid etməyi sevmirlər, yanlış olsa belə öz yollarını gedirlər. Balıqlar Balıqlar sadəcə ağılsızdırlar. Asanlıqla aldanırlar. Onların fantaziyası çox inkişaf edib. Bir çox balıq var ki, daim təqib olduğunu düşünür. Adətən intelleketləri o qədər də inkişaf etmədiyi üçün, xəyallar aləmində yaşamağa can atır, bununla özlərinə təsəlli tapırlar.