Suizənni müalicə etmək olarmı?


Digərləri 03 Dek 2022 23:55:00 134 0

Suizənni müalicə etmək olarmı?

Hər bir rəzil əxlaqi sifətləri müalicə etmək mümkündür, eləcə də sui-zənni. Sadəcə bunu istəmək və bu yolda mübarizə aparmaq lazımdır.

Əgər sui-zənni tərk etmək istəyirsinizsə, ilk növbədə tövbə edib, özünüzü paklamasınız. Sonra sui-zənn etdiyiniz insanlar üçün tövbə edib, onlar üçün bağışlanma istəməlisiniz. Fitnə yaranmadığı halda, onlardan halallıq istəməlisiniz.

Sui-zənni tərk etmək istəmək - əslində müalicənin yarısı deməkdir. Çünki insan bu əxlaqi xəstəliyini dərk edər və onu aradan qaldırmaq əzminə malik olar. Artıq bu yolda ilk addımı atmış sayılar.

Sui-zənni müalicə etmək üçün bəzi tövsiyələr verilir ki, onlara nəzər salaq:

1. Sui-zənni məzəmmət edən ayə və hədisləri oxumaq və onlar haqqında təfəkkür etmək.

2. Nə zaman kiməsə sui-zənn etdiniz, çalışın bu sui-zənni hüsnü-zənnə çevirib, rəftarınızı o şəxsə qarşı yaxşı edəsiniz. Nəticədə bu rəzil sifət zəifləyəcək və sizi tərk edəcəkdir.

3. Nə zaman sui-zənn etsəniz, Allaha pənah aparın, istiğfar və tövbə ilə Ondan yardım istəyin.

Bu tövsiyələrə əməl etmək sayəsində insan sui-zənn kimi rəzil xislətdən islah oluna bilər.