Pak və əməlisaleh nəsil istəmək


Digərləri 03 Dek 2022 22:55:00 125 0

Pak və əməlisaleh nəsil istəmək

رَبِّ هَبْ لِي مِنْ لَدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً ۖ إِنَّكَ سَمِيعُ الدُّعَاءِ

"Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən." (Ali-İmran, 38). İzah: İnsanın xatirəsini yaşadan övlad və nəsil sahibi olmaq yaxşı və xoşagələn işdir. Övlad sahibi olmaq üçün dua etmək də ən üstün hacətlərdəndir. Amma din məktəbində hər şeydən qabaq övladların və nəslin hidayət yolunda və pak olması önəmlidir.

Buna görə də möminlər Allahdan övlad və nəsil istəyəndə onun saleh və pak olmasına xüsusi önəm vermişlər. Yuxarıdakı dua həzrət Zəkəriyyə peyğəmbərin (ə) dilindən ömrünün ahıl çağında bəyan olunmuşdur.

Onun zövcəsi uzun illər idi ki, sonsuz idi. Amma Allah dərgahından ümidini kəsməyib, Allahdan yaxşı övlad istəyir ki, onun üçün yaxşı yadigar olsun. Bu duadan bir neçə incə məqam aydınlaşır:

1. Bir məsələnin öz fikrincə qeyri-mümkün olmasına görə duadan çəkinmək olmaz. Qüdrət və hikmət sahibi olan Allah qeyri-mümkünü mümkün etməyə qadirdir. Allahı hacətinə uyğun sifətləri ilə səsləyib, mərhəmət və mehribanlığını cəlb etmək lazımdır.

Hədis: İslam peyğəmbəri (s): "Allahı cavab verəcəyinə əmin halda çağırın."