Türkiyə ilk pilotsuz qırıcısını havaya qaldırdı


Dünya 03 Dek 2022 23:06:00 128 0

Türkiyə ilk pilotsuz qırıcısını havaya qaldırdı

Türkiyənin "Baykar" şirkətinin istehsal etdiyi "Kızılelma" pilotsuz döyüş təyyarəsi ilk dəfə uçuş-enmə zolağından havaya qalxıb.

Bu barədə "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar məlumat yayıb.

Hazırda sınaq prosesi davam edən "Kızılelma"nın ilk uçuşunun 2023-cü ildə reallaşacağı açıqlanıb.

Qeyd edək ki, 14.7 metr uzunluğunda olan pilotsuz qırıcı 1500 kiloqrama qədər silah və raketlər daşıya bilir.