Məşhur alimlərin həyata keçmiş yuxuları


Digərləri 03 Dek 2022 23:10:00 179 0

Məşhur alimlərin həyata keçmiş yuxuları

Həmədanın tanınmış alimlərindən olan Məhrum Axund Molla Əli, Tehranın böyük alimlərindən olan Ağa Mirzə Əbdülnəbi haqqında belə nəql edir: "Alim deyirdi ki, o zaman ki, Samirrada idim, Mazandarandan mənə hər il yüz tümən göndərərdilər. Bu səbəbdən o pul gələnə qədər borc alardım və gələn zaman borclarımı geri qaytarardım.

Bir il mənə xəbər verdilər ki, bu il məhsul çox pis olmuşdur. Ona görə də pul göndərə bilməyəcəklər. Çox narahat oldum və bu halda yatdım.

Həzrət Peyğəmbəri (s) yuxuda gördüm ki, məni səsləyir: "Filankəs! Yuxudan ayıl və filan şkafı aç. Orada olan yüz tüməni götür".

Yuxudan ayıldım və bir az keçməmiş evimin qapısı döyüldü. O zamanın mərcəyi təqlidi olan Mirzə Şirazi mənim ardımca adam göndərmişdi ki, onun yanına gedim.

Mən çox təəccübləndim. Gedən zaman gördüm ki, öz otağında əyləşmişdir. Mənə baxıb buyurdu: "Mirzə Əbdülnəbi! O şkafın qapısını aç. Orada olan yüz tüməni götür".

Bu zaman yuxum yadıma düşdü. Bu hadisədən çox heyrətləndim. İstədim ki, bir şey deyim, ancaq hiss etdim ki, onun danışmağa meyli yoxdur. Pulu götürüb otağı tərk etdim".

Etimad etdiyim dostum nəql edir: "Mərhum Təbrizinin bir övladı var idi. Sağ əlində narahatçılığı var idi. Çox əziyyətlə əlində qələm tuta bilirdi. Müalicə üçün övladını Almaniyaya aparır. Alim nəql edir: "Gəmidə olan zaman yuxuda gördüm ki, anam dünyasını dəyişmişdir. Təqvimi açdım və yuxu gördüyüm günü və saatı qeyd etdim.

Müalicədən sonra geri qayıtdım və qohumlarım məni qarşılamaq üçün gəlmişdilər. Gördüm ki, əyinlərinə qara paltar geyiniblər. Yuxum tamamilə yadımdan çıxmışdı.