İmmunitet üçün SUPERqarışıq. RESEPT
Digərləri 03 Dek 2022 23:30:00 142 0
Soyuq fəsillərdə müxtəlif vitaminli qarışıqların istifadəsi çox yaxşı profilaktik effekt verir. Adətən bu qarışıqalara meyvə quruları, limon, portağal, bal, qoz-fındıq daxil edilir.
Bu məhsullar orqanizmi bütün ən vacib vitamin və minerallarla təmin edir, immuniteti möhkəmləndirir, orqanizmin virus və infeksiyalara qarşı davamlılığını artırır.
Saytımızda bir neçə çox effektli vitaminli qarışıqların reseptləri təqdim olunur. Sizə növbəti çox faydalı qarışığın reseptini təqdim edirik.
Digər qarışıqlardan fərqli olaraq onun tərkibinə güclü mikrob və iltihabəleyhinə təsirə malik olar əzvay (aloe) bitkisinin şirəsi daxildir.
Qarışığın hazırlanması:
1. Aloenin qalın yarpaqları yığılır, şirəsi sıxılır (yarım stəkan alınmalıdır).
2. 300 qr qoz, 2 limon (qabıqlı) blenderin köməyi ilə xırdalanır.
Mənbə: milli.az