Hər gün 5 şabalıd yeməyin


Digərləri 03 Dek 2022 22:01:00 116 0

Hər gün 5 şabalıd yeməyin

Şabalıd çox faydalı, diyetik, müalicəvi məhsul sayılır.

Şabalıd müxtəlif vitaminlər (A, D, E, B qrupu), minerallar (fosfor, dəmir, kalsium, kalium), qidalı liflər, flavonoidlər, pektinlər, aminturşuları və s. əvəzolunmaz maddələrlə zəngindir.

Saglamolun.az bildirir ki, qidalanma üzrə mütəxəssislər müalicəvi və profilaktik məqsədlərlə hər gün 5 bişmiş şabalıd yeməyi tövsiyə edirlər. Bu orqanizmə çox yaxşı müalicəvi və profilaktik təsir edir.

Hər gün 5 şabalıd yeməyin faydaları:

- damarların divarlarını möhkəmləndirir, varikoz xəstəliyinin profilaktikasıdır

- bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqları təmizləyir

- ürək üçün çox faydalıdır - ürəyin fəaliyyətini yaxşılaşdırır, ödemləri azaldır