Putin çətin vəziyyətdə Yeni sorğu


Siyasət 03 Dek 2022 21:57:00 99 0

Putin çətin vəziyyətdə  Yeni sorğu

Rusiyada keçirilən yeni sorğunun nəticələri Kreml üçün gözlənilməz olub.

Son.az teleqraf.com-a istinadən bildirir ki, "Meduza" tərəfindən keçirilən sorğuya görə, Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləyənlərin sayı son 6 ayda 57 faizdən 25 faizə enib.

Dəstəyin azalması ölkə başçısının on minlərlə adamın səfərbər edilməsi və cəbhəyə göndərilməsi əmrindən sonra baş verib.

Bu yaxınlarda səfərbər edilmiş rus əsgərləri üçün qeyri-adekvat təlim və avadanlıqla bağlı məlumatların yayılması fonunda əsgərlər arasında itkilərin səviyyəsi yüksək olaraq qalır.

Rusiyada ictimai rəy sorğuları və sosioloji araşdırmalar aparan müstəqil qeyri-hökumət təşkilatı "Levada" Mərkəzinin rəhbəri Denis Volkov mövzu ilə bağlı verdiyi açıqlamada deyib: "İnsanlar Ukraynadakı müharibəni heç bir əhəmiyyət kəsb etməyən bir vəziyyət kimi qəbul etdilər. Bu, onları narahat edir. İndi cəbhədə risklər artıb. Ruslar isə sülh danışıqlarının başlanmasını istəyir".

Digər tərəfdən, Rusiyanın müdafiə naziri Sergey Şoyqu iki gün əvvəl yeni silahlara hərbi xərclərin gələn ildən 50 faiz artacağını bildirmişdi. Şoyqu izah edib ki, ölkədəki silah və sursat fabrikləri davam edən Ukrayna müharibəsinin artan ehtiyaclarını ödəmək üçün iş vaxtından artıq işləyir.