Rusiyanın Bakı və Ankaraya təzyiq üsulu –


Siyasət 03 Dek 2022 20:37:00 78 0

Rusiyanın Bakı və Ankaraya təzyiq üsulu –

Rusiya Ukrayna ilə müharibə apardığına görə çox zəifləyib. Zəiflədiyi üçün də Fəratın qərbində PKK-nı əlindən qaçırmaq istəmir. Buradakı terrorçuları xüsusilə "Rus PKK"-sı adlandırmaq yerinə düşər.

Son.az axar.az-a istinadən bildirir ki, bunu Rusiyanın Türkiyənin Suriyada yeni antiterror hərəkatına qarşı çıxması və Qarabağdakı separatçıları himayə etməsi haqqında danışan Türkiyə Hava Qüvvələrinin istefada olan general-polkovniki Ərdoğan Karakuş deyib.

Generalın sölərinə görə, ABŞ və Rusiya PKK/YPG-ni Türkiyəyə təzyiq vasitəsi kimi Suriyanın şimalında saxlamaq niyyətindədir:

"Rusiya Qarabağdakı separatçıları da Azərbaycana qarşı dəstəkləməklə hansısa bir formada bölgədə öz mövqelərini qorumaq istəyir. Çünki bildiyimiz kimi, Qərb də Ermənistana daxil olmağa çalışır. Rusiya gücsüzlüyünü gizlətmək üçün belə fəaliyyətlərlə məşğuldur. Rəsmi Moskvanın və Vaşinqtonun Suriya ilə bağlı dövlətimizə verdikləri sözü tutmaması, rus sülhməramlıların isə Qarabağda üzərlərinə düşən öhdəlikləri yerinə yetirməməsi nəticəsində vəziyyət bu hala gəldi".