Bakı ilk addımı atdı: Laçın yolunda


Siyasət 03 Dek 2022 20:39:00 94 0

Bakı ilk addımı atdı: Laçın yolunda

Ermənilər Azərbaycanın Laçın dəhlizini bağladığı, Qarabağdakı erməni əhali üçün "həyati əhəmiyyət" kəsb edən yolun qarşısını kəsdiyi yönündə kampaniya aparır: bununla göstərmək istəyirlər ki, "Qarabağdakı erməni əhali Azərbaycanın tərkibində yaşaya bilməz", "separatçı-terrorçu rejim, eyni zamanda, onların müdafiə edən tərəflər olmasa, erməni əhali çətin vəziyyətdə qalacaq"...

Azərbaycanın ümumiyyətlə Laçın dəhlizini bağlamaq planı yoxdur: Bakının tələbi budur ki, humanitar məqsədlər üçün nəzərdə tutulan yoldan təxribat və hərbi məqsədlər üçün istifadə edilməsin; son olaraq, Sarıbaba yüksəkliyinə basdırılan minaların Laçın dəhlizindən gətirilməsi, o cümlədən, İran vətəndaşlarının Qarabağa qeyri-qanuni olaraq keçidinə icazə verildiyinə dair məlumatlar da bunun zəruriliyini bir daha ortaya çıxardı.

Son.az axar.az-a istinadən bildirir ki, bu gün Xankəndi-Gorus yolunda baş verənlər də Azərbaycanın öz suveren ərazilərində hərəkət etməsidir. Son məlumatlara görə, azərbaycanlı mütəxəssislər Xankəndiyə yollanıblar. Orada Qarabağ iqtisadi rayonunda regionunda ekoloji monitorinqin təşkili ilə bağlı müzakirələr aparılacaq. Bu o deməkdir ki:

Birincisi, Azərbaycan Qarabağ iqtisadi rayonunda ekoloji monitorinqlərə start verir;

İkincisi, Azərbaycan öz suveren ərazisində istədiyi addımı ata biləcəyini nümayiş etdirir.

Bu, həm də Bakının sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə ekoloji monitorinq üzərindən daxil olması deməkdir. Artıq proses başlayıb və şübhəsiz ki, davamlı olacaq.