Astronavtlar BKSdən açıq


Dünya 03 Dek 2022 21:02:00 105 0

Astronavtlar BKSdən açıq

Amerikalı astronavtlar Coş Kassada və Frenk Rubio "iROSA" günəş panellərinin quraşdırılması üzrə işlər aparmaq üçün Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılaraq açıq kosmosa çıxıblar.

Son.az "Report"a istinadən bildirir ki, bu prosesin canlı yayımı ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) saytında həyata keçirilir.

Çıxış Bakı vaxtı ilə saat 16:16-da skafandrların avtonom enerji qəbuluna keçməsi ilə başlayıb. Astronavtlar kosmosda olacağı 7 saat ərzində həmçinin orbital stansiyanın dəyişdirilməsi ilə bağlı işləri də yerinə yetirəcəklər.

Kassada və Rubionun əvvəlki kosmosa çıxışı noyabrın 15-də baş tutub. O zaman onlar "iROSA"nın quraşdırılması üçün konstruksiya hazırlamışdılar.