2023cü ilin trend rəngi


Dünya 03 Dek 2022 21:27:00 124 0

2023cü ilin trend rəngi

Dünyaca məşhur "Pantone" şirkəti hər il sonunda növbəti ilin əsas rəngini elan edir.

2023-cü ilin əsas rənginin adı "Viva Magenta" adlanır. Bu rəng çəhrayı tonların birləşib qırmızı rəngi yaratmasından əmələ gəlib.

"Pantone" onu "qeyri-ənənəvi qırmızı" adlandırsa da, "Pantone" Rəng İnstitutunun vitse-prezidenti Laurie Pressman "Bu iddialı çalardır, lakin aqressiv rəng deyil", - deyə, bildirib.

Qeyd edək ki, bu ilin əsas rəngləri bənövşəyi və qırmızı rənglərinin alt çalarları, pastel və "nude" rənglər idi.