Keçmiş sinif yoldaşını 35 il əvvəl edilən zarafata görə öldürübmüş TƏFƏRRÜAT


Kriminal 03 Dek 2022 18:44:00 145 0

Keçmiş sinif yoldaşını 35 il əvvəl edilən zarafata görə öldürübmüş  TƏFƏRRÜAT

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Vüsal Salayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Son.az xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 16 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə 30 may 2021-ci il tarixdə "Mega Siti" Ticarət Mərkəzinə məxsus Xırdalan şəhərinin Qalubiyyə küçəsində yerləşən "Təzə bazar"da ("Xırdalan bazarı") qeydə alınıb.

Cinayət materiallarında qeyd edilib ki, Vüsal Salayev "Xırdalan bazarı"nda məhsullarının daşınması və satışı ilə məşğul olarkən 2021-ci ilin əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, 158 nömrəli orta məktəbdə onunla təhsil almış, qeyd edilən bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan zərərçəkmiş Sərdar Həsənovu görüb. Sərdar hələ məktəb illərində onun haqqında "cinsi azlıq"lara mənsub olması barədə şəxsiyyətini aşağılayan şayiələr yayıb, son bir neçə ayda bazara gəlib-gedərkən zərərçəkmiş yenidən onun barəsində eyni şayiələri yayıb.

Daha sonra Vüsal keçmiş sinif yoldaşını öldürmək qərarına gəlib.