Rahatlıq və aramlıq Allah zikrinin nəticəsidir


Digərləri 03 Dek 2022 19:20:00 106 0

Rahatlıq və aramlıq Allah zikrinin nəticəsidir

Qurani-Kərim və rəvayətlərdə zikr məsələsinə həddən artıq çox toxunulub və onun daha da əhəmiyyəli olduğundan söz açılıb. Misal olaraq, dinin sütunu olan namazın hədəfi Allah zikri hesab olunub. Belə ki, buyurulur:

وَأَقِمِ الصَّلوةَ لِذِكْرِي

"Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!" ("Taha" surəsi, ayə 14.) وَأَقِمِ الصَّلوةَ إِنَّ الصَّلوةَ تَنْهَى عَنِ الْفَحْشَاءِ وَالْمُنكَرِ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ

"Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək, şübhəsiz ki, daha böyükdür." ("Ənkəbut" surəsi, ayə 45.) Əlbəttə təfsirçilərin "وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ" (Allahı zikr etmək, şübhəsiz ki, daha böyükdür) cümləsi barədə müxtəlif nəzərləri vardır. Bəzilərinin qeydlərinə görə, bu cümlədə məqsəd budur ki, namazın zikr olan hissələri digər hissələrindən üstündür. Digər təfsirçilərin nəzərinə görə, bu cümlə zikrin namazdan üstünlüytünü çatdırır. Üçüncü dəstə təfsirçilərin əqidəsinə görə isə, bu cümlədən başa düşülür ki, namaz zikr hesab olunduğundan, digər əməllərdən üstündür. Amma hər halda Allah-Taala bu ayədə zikri qeyd-şərtsiz üstün qərar verib. Zikrin bu qədər əhəmiyyətli olması onun səmərə və faydalarını aşılayır.

Allahı zikr və yad etməyin faydalarından biri kimi qəlbin aram və rahatlıq tapmasıdır. Bu barədə Qurani-Kərimdə buyurulur:

أَلاَ بِذِكْرِ اللّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

"Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram olar!" ("Rəd" surəsi, ayə 28.) Ayədə "بِذِكْرِ اللّهِ" (Allahın zikri ilə) ifadəsinin öndə gətirilməsi ərəb ədəbiyyatına görə məhdudluğu çatdırır və buna əsasən, ayənin tərcüməsi belə olmalıdır: "Bilin ki, Allah zikrindən başqa heç bir şey qəlbin rahatlıq və aramlığına səbəb olmur." Deməli, rahatlıq və aramlıq Allah zikrində məhdudlaşıb. Bəzən, biz bu mənanı Allah buyurduğu üçün düşünmədən qəbul edirik. Bəzən isə tədqiq etmə nəzəri ilə bu ayənin mənasına baxırıq və ətraflı fikirləşib əqli dəlillərlə bəyan olunan mənanı isbat etməyə çalışırıq. Bu məqsədə çatmaq üçün öncə hansı işlərin həyatda fikir qatışıqlığına, nigarançılığına və qəm-qüssəyə səbəb olmasını bilməliyik, ta Allah yadının necə qəlbin aramlığına səbəb olmasını bilək.

Səadətə çatmağın yollarını axtarmaq, kamilliyə yetmək fitrətin tələblərindəndir və şübhəsiz, hər insan səadət və kamilliyə çatmaq istəyir. Bu səbəbdən Qurani-Kərim insanları xeyir əməllərə və ibadətə həvəsləndirərkən çox ayələrdə bu əməllərin nəticəsini əbədi səadətə çatmaqla qiymətləndirir. Əbədi səadət bəşəriyyətin ən ali məqsədlərindəndir. Qurani-Kərim bir çox ayələrində bu ifadələrdən istifadə edib:

"اولئک هم المفلحون"...."ذالک الفوز العظيم"

"Onlardır səadətə yetənlər." "Böyük səadət budur." İnsan fitrətinə uyğun olan bu həqiqətləri nəzərə alaraq Allah-Taala insanları iki dəstəyə bölüb: xoşbəxtlər və bədbəxtlər. Allah-Taala buyurur: