Xəstəxanada ağlasığmaz olay 72 yaşlı qadın otaq yoldaşının...


Dünya 03 Dek 2022 18:28:00 99 0

Xəstəxanada ağlasığmaz olay  72 yaşlı qadın otaq yoldaşının...

Almaniya xəstəxanasında qadın otaq yoldaşının süni nəfəs aparatını söndürüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Manhaym şəhərində baş verib.

72 yaşlı qadın 79 yaşlı otaq yoldaşının süni nəfəs aparatını "səsdən narahat olduğu üçün" söndürüb.

Xəstəxana işçiləri vəziyyətə müdaxilə edərək xəstəyə oksigen verilməsinin həyati əhəmiyyət daşıdığını ona çatdırıblar.

Lakin sonrakı saatlarda yaşlı qadın yenidən süni nəfəs aparatına müdaxilə edib.

72 yaşlı qadın adam öldürməyə cəhddə ittiham olunur.

Süni nəfəs aparatı söndürülən xəstə müdaxilə ilə həyata qaytarılıb. Onun həyati təhlükəsi yoxdur və reanimasiya şöbəsində müalicəsi davam etdirilir.