İndiyədək 146 əsgərin qalıqları Ermənistana qaytarılıb


Siyasət 28 Noy 2022 23:58:00 99 1

İndiyədək 146 əsgərin qalıqları Ermənistana qaytarılıb

İndiyədək 146 əsgərin qalıqları Ermənistana qaytarılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə bildirib.

"Azərbaycan beynəlxalq humanitar hüquqa sadiqliyini nümayiş etdirərək sentyabrın 12-14-də Ermənistanın son hərbi təxribatı zamanı həlak olmuş erməni əsgərlərinin qalıqlarının sərhədlər boyu axtarışlarını davam etdirir. Hazırda 146 əsgərin qalıqları Ermənistana qaytarılıb", - deyə A.Hacızadə bildirib.