"Kimdir müqəssir" vodevili əsasında hazırlanmış tamaşanın premyerası keçirildi


Kriminal 28 Noy 2022 22:21:00 108 0

"Kimdir müqəssir" vodevili əsasında hazırlanmış tamaşanın premyerası keçirildi

Sumqayıt Dövlət Dram Teatrında Ə. Haqverdiyevin "Kimdir müqəssir" vodevili əsasında hazırlanmış tamaşanın premyerası keçirildi.

İstedadlı rejissor Fuad Kazımovun quruluş verdiyi tamaşa Sumqayıt Musiqi Kollecının kollektivi ilə birgə layihə kimi alqışlarla qarşılandı. Teatrın direktoru, Əməkdar artist Vidadi Məmmədov və rejissor Fuad Kazımov da kollec rəhbərliyinə,şəxsən dosent Səbinə Mehdiyevaya uğurlu əməkdaşlığa görə minnətdarlıq bildirdilər. İlk dəfə səhnədə canlı musiqi aktyor oyununu müşaiyət edirdi. Könül Bəkirovanın rəhbərlik etdiyi musiqi qrupu tamaşaya fərqli ovqat verirdi.

Tamaşanın quruluşçu rəssamı Nizami Dadaşov, icraçı rəssamı Arif Müzəffərov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Oyunda iki heyət var Premyera axşamında obrazları Elay Xasıyev, Vəfa Qurbanova və Elmir Mehdiyev canlandırırlar. Yaradıcı heyəti təbrik edir, yeni uğurlar arzulayırıq.