Parisdə Azərbaycan əleyhinə qətnamənin qəbuluna etiraz aksiyası keçirilir FOTO


Siyasət 28 Noy 2022 17:17:00 86 0

Parisdə Azərbaycan əleyhinə qətnamənin qəbuluna etiraz aksiyası keçirilir  FOTO

Parisdə Fransa Milli Assambleyasının qarşısında Azərbaycan əleyhinə qətnamənin qəbuluna etiraz aksiyası keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə qeyd edilib.

Aksiya bu gün Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada Azərbaycan əleyhinə qətnamə layihəsinin müzakirəyə çıxarılması ilə əlaqədardır.

Piket zamanı Azərbaycan diasporunun üzvləri Fransa Milli Assambleyasının üzvlərindən Azərbaycana ədalət tələb edirlər.

Qeyd edək ki, noyabrın 15-də Fransa parlamentin yuxarı Palatası olan Senat Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamə qəbul edib.