Naxçıvan Dövlət Gömrük Komitəsi ləğv edildi, Baş İdarə yaradıldı


Siyasət 28 Noy 2022 15:25:00 148 0

Naxçıvan Dövlət Gömrük Komitəsi ləğv edildi, Baş İdarə yaradıldı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Fərmanla "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilir:

- həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə" üzrə:

- 5.1-ci bənddən ", həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi" sözləri çıxarılsın;

- 5.8-ci bənddən ", Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədrindən" sözləri çıxarılsın;

- həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu"na aşağıdakı məzmunda 2.1.1-1-ci yarımbənd əlavə edilsin:

"2.1.1-1. Naxçıvan Baş Gömrük İdarəsi;".

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Komitənin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.