Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq
Siyasət 28 Noy 2022 13:33:00 83 0
Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq.
Son.az bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla təsdiqlənən "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na əksini tapıb.
Bu sahədə icraçı orqanlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Mərkəzi Bankı (tövsiyə olunur) müəyyənləşib.
Qızıl sikkələr 2023-cü il fevral-may aylarında hazırlanmalıdır.
Son.az
Mənbə: milli.az