Fransada yaşayan iranlı hüquq müdafiəçiləri Ağdama səfər ediblər FOTO


Siyasət 28 Noy 2022 12:25:00 95 0

Fransada yaşayan iranlı hüquq müdafiəçiləri Ağdama səfər ediblər  FOTO

Fransada yaşayan Təbriz əsilli hüquq müdafiəçiləri işğaldan azad edilmiş ərazilərə səfər ediblər.

Son.az-ın xəbərinə görə, Ərk İnsan Haqları Müdafiə Komitəsinin sədri Jalə Təbrizli və hüquq müdafiəçisi, yazıçı-tədqiqatçı Maşallah Rəzmi Ağdama gəliblər.

Onlar ilk olaraq Ağdamkəndin xarabalıqları ilə tanış olublar.

Qonaqlar gün ərzində erməni vandallığına məruz qalmış digər əraziləri ziyarət edəcək, Azərbaycan dövlətinin apardığı təmir-bərpa işləri ilə tanış olacaqlar.