Bakıda gənc oğlan bıçaqlanıb


Kriminal 28 Noy 2022 07:07:00 79 0

Bakıda gənc oğlan bıçaqlanıb

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

2003-cü il təvəllüdlü Tarayev Nihad Şahzadə oğlu yaşadığı küçədə tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.