İran diplomatı Bakıdakı əyləncə mərkəzində ağır xəsarət aldı


Digərləri 27 Noy 2022 09:54:00 79 0

İran diplomatı Bakıdakı əyləncə mərkəzində ağır xəsarət aldı

Bakının Xətai rayonunda əyləncə mərkəzində bədbəxt hadisə baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Afiyyədin Cəlilov 22 ünvanında yerləşən əyləncə mərkəzində qeydə alınıb.

İran vətəndaşı, 1972-ci il təvəllüdlü Hossein Yazdani suya baş vurmaq üçün hovuza atlanıb.

Bu zaman onun başı hovuzun kənarına çırpılıb.

O, açıq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər diplomatın vəziyyətinin stabil olduğunu bildirir.

Qeyd edək ki, H.Yazdani İranın Azərbaycanda səfirliyinin ikinci katibidir.