"Ankara terrorla mübarizə üçün icazə istəməyəcək"


Digərləri 27 Noy 2022 09:27:00 73 0

"Ankara terrorla mübarizə üçün icazə istəməyəcək"

Türkiyə ölkənin milli təhlükəsizliyini təmin etmək üçün əməliyyat keçirmək üçün icazə istəmək fikrində deyil.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu şənbə günü jurnalistlərə açıqlamasında Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Türkiyə Silahlı Qüvvələrinin "Pençe-Kılıç" antiterror əməliyyatına ABŞ-ın reaksiyasını şərh edən İ.Kalın qeyd edib ki, Ankara müttəfiqləri ilə çağırışlar və təhdidlər mövzusunu onların aradan qaldırılması üçün gələcək birgə addımlar atmaq məqsədilə müzakirə etməyə hazırdır.

"Hücum və ya terror aktı da daxil olmaqla təhlükə yarandıqda Türkiyə bütün NATO müttəfiqləri ilə vəziyyəti müzakirə edir. Biz tərəfdaşlardan ortaq addımlar gözləyirik və belə addımlar olmadıqda, artıq Prezident Rəcəb Tayyib Ərdoğanın da bəyan etdiyi kimi, problemi öz gücümüzlə həll etməyə hazırıq", - deyə İ.Kalın bildirib.