Türkiyənin 2 hərbçisi şəhid olub,


Dünya 26 Noy 2022 21:46:00 72 0

Türkiyənin 2 hərbçisi şəhid olub,

İraqın şimalındakı "Pəncə-Kilid" əməliyyatı bölgəsində terrorçuların atəşi nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub, 3 nəfər yaralanıb.

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Yaralılarımız dərhal xəstəxanaya qaldırılıb və müalicələrinə başlanılıb. Bizi dərin acı və üzüntüyə boğan bu olayda həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbir, yaralılarımıza şəfa diləyirik", - Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.