İlon Mask “Twitter”i almaq üçün yeni təklif göndərdi


Dünya 05 Okt 2022 14:18:00 88 0

İlon Mask “Twitter”i almaq üçün yeni təklif göndərdi

Amerikalı sahibkar İlon Mask "Twitter"in hər bir səhmi üçün 54,20 dollar olmaqla, şirkəti satın almaq məqsədilə yeni təkliflə çıxış edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, təklif şirkətə məktub şəklində göndərilib.

Digər təfərrüatlar açıqlanmayb.

Nyu-York Fond Birjasının məlumatlarına görə, "Twitter"in səhmləri çərşənbə axşamı Maskın təklifi ilə bağlı xəbərlərin ortaya çıxmasından sonra 5,39 dollar (12,67%) bahalaşıb. Axşam saatlarında bir səhmin qiyməti 47,93 dollar təşkil edib.