Bakıİstanbul təyyarəsi təcili eniş etdi
Digərləri 05 Okt 2022 13:40:00 74 0
"Turkish Airlines" aviaşirkətinin THY-333 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına - Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Aviaşirkətin "Boeing 737" təyyarəsi yerli vaxt ilə saat 13:00-da Bakı hava limanına uğurla eniş edib.
Mənbə: milli.az