"Putinin nüvə silahından istifadə etməsi ehtimalı artır"


Dünya 05 Okt 2022 11:53:00 120 0

"Putinin nüvə silahından istifadə etməsi ehtimalı artır"

"Rusiya Prezidenti Vladimir Putinin taktiki nüvə silahından istifadə etməsi ehtimalı artır. Bu, Kremlin Ukraynada üzləşdiyi problemlərlə bağlıdır".

Son.az "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri və Vaşinqtonun BMT-dəki sabiq səfiri Con Bolton "Sky Nuys"a müsahibəsində deyib.

O bildirib ki, rəsmi Moskva işğaldan sonra heç vaxt olmadığı qədər ciddi çətinliklərlə üzləşib: "Hesab edirəm ki, nüvə silahından istifadə etməsi Putinin intihar məktubunu imzalaması olar".

Sabiq müşavirin fikrincə, nüvə silahının tətbiqinin qarşısı alınmalıdır.