Hər zaman şükür etməli...


Digərləri 04 Okt 2022 21:40:00 82 0

Hər zaman şükür etməli...

Sözsüz ki, bəla və möhnət ilahi imtahan vasitəsi olduğu kimi, var-dövlət, bol ruzi və rahat həyat tərzi də ilahi bir imtahandır. Qurani-Kərimin "Ənbiya" surəsində buyurulur:

...وَنَبْلُوكُم بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً وَإِلَيْنَا تُرْجَعُونَ

"Sizi pislik və yaxşılıq (xəstəlik və sağlamlıq, yoxsulluq və sərvət) ilə imtahan edirik." ("Ənbiya"/35.) Süleyman peyğəmbərin əhvalatında da göstərilir ki, o, Bilqeysin taxtını öz yanında gördükdə dedi:

...هَذَا مِن فَضْلِ رَبِّي لِيَبْلُوَنِي أَأَشْكُرُ أَمْ أَكْفُرُ...

"...Bu, Rəbbimin fəzlindəndir və məni yoxlamağı üçündür ki, görsün şükürmü edirəm, yoxsa nankorluq?" ("Nəml"/40.) "Fəcr" surəsində də buyurulur:

فَأَمَّا الْإِنسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ، وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ

"Amma insana gəldikdə, nə zaman Rəbbi onu imtahana çəksə, ehtiram göstərsə və nemət bəxş etsə deyər: "Rəbbim məni əziz tutmuşdur." Amma nə zaman onu imtahan edib ruzisini azaltsa, "Rəbbim məni alçaltdı" - deyər." ("Fəcr"/17.) Bu ayələrə əsasən, geniş həyat və bol ruziyə sahib olan mömin şəxs nemətlərinin sahibinə şükür etməyi unutmamalı, ona tapşırılan vəzifələri layiqincə yerinə yetirməli, Allahı yalnız çətinlik və möhnətdə deyil, həmişə və hər halda yad etməlidir. Qurani-Kərimdə buyurulduğu kimi, bəziləri dənizdə tufana düçar olub qurtuluşdan məyus olduqları zaman saf niyyətlə Allahı çağıraraq deyərlər:

...لَئِنْ أَنجَيْتَنَا مِنْ هَـذِهِ لَنَكُونَنِّ مِنَ الشَّاكِرِينَ، فَلَمَّا أَنجَاهُمْ إِذَا هُمْ يَبْغُونَ فِي الأَرْضِ بِغَيْرِ الْحَقِّ...

"...Əgər bizi bundan (bu təhlükədən) qurtarsan, mütləq şükür edənlərdən olacağıq. Beləliklə, onlara nicat verən kimi, birdən (görərsən ki,) yer üzündə haqsız yerə zülm edirlər..." ("Yunus"/22-23.) Başqa bir ayədə isə belə buyurulur:

وَإِذَا مَسَّ الإِنسَانَ الضُّرُّ دَعَانَا لِجَنبِهِ أَوْ قَاعِدًا أَوْ قَآئِمًا فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُ مَرَّ كَأَن لَّمْ يَدْعُنَا إِلَى ضُرٍّ مَّسَّهُ كَذَلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُواْ يَعْمَلُونَ

"İnsana bir çətinlik və ziyan yetişən zaman (bütün hallarda) - böyrü üstə yatanda, oturanda, ayaqüstə (dua edərək) Bizi çağırar. Çətinlik və ziyanı ondan götürdüyümüz zaman Bizi ona yetişən ziyan(ı uzaqlaşdırmaq) üçün çağırmamış kimi (çıxıb) gedər..." ("Yunus"/12.) Əlbəttə, şükürlə bağlı söz çoxdur, lakin burada imanla şükrün əlaqəsinin anlaşılması məqsədilə bəzi ayə və rəvayətlərə istinad etməklə kifayətlənirik:

Allah-Taala şükür edənlər və iman gətirənləri əzab etməyəcəyi barədə belə buyurur:

مَّا يَفْعَلُ اللّهُ بِعَذَابِكُمْ إِن شَكَرْتُمْ وَآمَنتُمْ وَكَانَ اللّهُ شَاكِرًا عَلِيمًا