"Ceyms Bond"un maşını satıldı


Şou-biznes 03 Okt 2022 01:24:00 132 0

"Ceyms Bond"un maşını satıldı

"Ceyms Bond" haqda çəkilən sonuncu "No time to die" (Ölmək vaxtı deyil) filmində istifadə olunan avtomobil "Christie's" hərrac evində satılıb.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, 1964-cü il istehsalı olan "Aston Martin DB5" markalı maşın 3 milyon sterlinq (təxminən 5 milyon 668 min manat) qarşılığında yeni sahibinə verilib. 

Üzərindəki cızıqlarla birlikdə satılan avtomobilin gülləkeçirməz kassa, duman sistemi, çevrilərək dəyişilən nömrə kimi özəllikləri var.

Qeyd edək ki, filmdə baş rolu Deniel Kreyq canlandırıb.

Son.az