Sevda gələcək övladının cinsiyyətini AÇIQLADI


Şou-biznes 02 Okt 2022 23:19:00 99 0

Sevda gələcək övladının cinsiyyətini AÇIQLADI

Müğənni Sevda Yahyayeva paylaşımı ilə diqqət çəkib.

Son.az bizim.media-ya istinadən bildriir ki, bir neçə gündən sonra ana olacaq sənətçi həkim-genetik həyat yoldaşı Zakir Bayramovla bir araya gələrək, "Baby" (uşaq - red.) yazılmış plakatın önündə ondan birədək geri sayaraq övladının dünyaya gələcəyini qeyd edib.

Onlar həmin anları sosial şəbəkə hesablarında izləyiciləri ilə bölüşüblər.

Sevda paylaşımına "Sağ-salamat gəl dünyaya. Sağlam və xeyirli övlad ol, İnşallah. Səni səbrsizliklə gözləyirik" şərhini yazıb.

Digər yayımladığı videoda isə Yahyayeva tortun görüntülərini paylaşıb və gələcək övladının qız olacağını deyib.