Onkoloqlar kökəlmənin paradoksal faydasını aşkar edib


Digərləri 01 Okt 2022 23:15:00 78 0

Onkoloqlar kökəlmənin paradoksal faydasını aşkar edib

Kaliforniya alimləri piyləmənin xərçəngin əmələ gəlməsinə səbəb olmasıyla yanaşı, orqanizmin xərçəng şişləri ilə mübarizədə kömək olmasını aşkar ediblər.

Alimlərin araşdırma nəticələri "Nyu Medisin" jurnalında dərc olunmuşdur.

Piylənmə onkoloji xəstəliklərdə təhlükə faktoru kimi qəbul olunur. Şiş aktiv qidalanaraq daha da tez inkişaf edir. Şiş, zədələnmiş T-limfositlərə maneə olaraq, hüceyrələrə hücum etməsinin qarşısını alan PD-1 zülallarının ifraz olmasını təhrik edir. Lakin bu prosesi inhibitor siqnal yollarının blokerləri vasitəsi ilə dayandırmaq olar.

Alimlər artıq çəkili siçanlar və meymunlar üzərində belə bir immun terapiyasını tətbiq ediblər. Kaliforniya universitetinin dermatalogiya şöbəsinin tədqiqat qrupunun müəllifi Uilyam Mörfinin sözlərinə əsasən, hüceyrələrin disfunksiyası, enerji mübadiləsini tənzim edən leptin hormonunun təsir etməsiylə əlaqədərdir.

Təcrübə göstərmişdir ki, onun qanda çox miqdarda olması PD-1 zülalının ifrazıyla bağlıdır. Təcrübə siçanlarına siqnal yollarının blokerlərinin tətbiq olunması zamanı məlum olmuşdur ki, piylənmə sayəsində sağ qalma göstərici yuxarı qalxmışdır.