“İstifadə edib atacaqlar” –


Siyasət 01 Okt 2022 19:29:00 74 0

“İstifadə edib atacaqlar” –

"Qərb Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəsinin NATO-ya sürətləndirilmiş prosedurla üzvlük müraciətini rədd etməklə, onu istifadə edib atmağa hazır olduğunu nümayiş etdirir".

Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Qərbin bir nömrəli qaydası budur ki, əgər sizi hətta baha qiymətə alıblarsa, bu o demək deyil ki, istifadədən sonra sizi atmaq olmaz", - rusiyalı diplomat bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski dünən ölkəsinin sürətləndirilmiş prosedurla NATO-ya üzv edilməsi üçün alyansa müraciət edib. O, bu qərarını Ukraynanın dörd bölgəsinin (Luqansk, Zaporoje, Xerson və Donetsk) Rusiyaya ilhaq edilməsindən sonra açıqlayıb.