Toyuq ətinin qiyməti dəyişməyib, bəs, dönər


Digərləri 01 Okt 2022 19:11:00 83 0

Toyuq ətinin qiyməti dəyişməyib, bəs, dönər

Çox sevilən, həm də çox yeyilən dönərin qiyməti bahalaşıb. Qiymətdə olan dəyişiklik son bir neçə gündür ki, hiss olunur. Bunu alıcılar da təsdiqləyir, elə satıcılar da... Kiminin ağız dadına uyğundu, kimin cibinə.Keyfiyyət də zövqə görə dəyişir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, daha çox tələbələrin sevimli yeməyi olan dönərin qiyməti bahalaşıb. Özü də toyuq dönərinin.

Bəli, satıcılar bahalaşma ilə bağlı anons verir. Həttda paytaxtın mərkəzi olmasa da çəkliş apardığımız məkanlarda qiymət fərqi hiss olunacaq dərəcədədir.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli məsələyə mənasıbət bildirib. 'Sadəcə, orta və ali məktəblərin açılması ilə dönərə tələbat artıb. İşbazlar da bundan istifadə edərək, toyuq əti dönərlərinin qiymətini artırıblar. Yəni, yerli məhsullarda qiymət artımı yoxdur. Biz gündəlik buna nəzarət edirik".-deyə sədr qeyd edib.