Allahın istiğfar ilə də belə, bağışlamadığı günah


Digərləri 01 Okt 2022 19:20:00 114 0

Allahın istiğfar ilə də belə, bağışlamadığı günah

İnsan elədiyi hər bir günaha görə tövbə və istiğfar edərsə, Allah bağışlayar. Ancaq elə günahlar vardır ki, Allah heç tövbə ilə belə, onu bağışlamır.

Dil - çox mühüm bir üzvdür və Quran buyurur ki, bəzən xoş danışmaq pul verməkdən daha yaxşıdır. Əgər pul verib minnət qoyacaqsansa, onda heç kömək etməyin lazım deyildir.

"Xoş bir söz və (dilənçilərin israr və kobudluqlarını) bağışlamaq, arxasınca əziyyət olan sədəqədən daha yaxşıdır. Allah ehtiyacsız və həlimdir". ("Bəqərə" 263).

Dil çox sayda günahlar edər və onlardan biri də yersiz danışmaqdır.

"(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)". ("İsra" 36).

Əgər kifayət qədər məlumatın yoxdursa, bir şey haqqında fitva vermə, çünki bu zaman yerin və göyün bütün mələkləri səni nifrin edərlər. Ona görə də elmsiz danışmaq günahdır.

Dilin elə günahları vardır ki, insan nə qədər tövbə etsə də, Allah bağışlamaz. Bu günahlardan biri də məsxərədir. İnsan əgər mömin qardaşını məsxərə edərsə və buna görə tövbə edərsə, yenə də Allah onu bağışlamaz.

Qurani-Kərimdə buyurulur: "Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər". ("Hucurat" 11).