Bakıda kişi futbol oynayarkən


Digərləri 01 Okt 2022 18:22:00 99 0

Bakıda kişi futbol oynayarkən

Bakıda futbol oyunu zamanı ölüm hadisəsi baş verib.

Son.az lent.az-a istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən "Sərhədçi" İdman Kompleksində olub.

Orada futbol oynayan paytaxt sakini, 34 yaşlı Nurlan Bağıyev qəfil ölüb. Onun ürəktutmasından öldüyü bildirilir.

Faktla Xətai rayon prokurorluğu tərəfindən araşdırma aparılır.