Bu ölkədə də ictimai nəqliyyatda maska zərurəti
Dünya 01 Okt 2022 17:32:00 94 0
İtaliyada ictimai nəqliyyatda tibbi maska taxmaq zərurəti aradan qaldırılıb.
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Qeyd olunur ki, nəqliyyatda maska rejimi bu il oktyabrın 1-dək qüvvədə idi. İtaliyada hazırda maska zərurəti yalnız tibb müəssisələrində qalmaqdadır.
Qeyd edək ki, ölkədə bu günədək 22,5 milyon nəfər koronavirusa yoluxub, 177 min nəfər vəfat edib.
Mənbə: milli.az