Bu qida məhsullarını alanların sayı azalıb VİDEO


Digərləri 01 Okt 2022 16:56:00 101 0

Bu qida məhsullarını alanların sayı azalıb  VİDEO

Bahalaşma insanların cibinə təsir etdikcə, xərclərə qənaət edənlərin sayı da artıb. Belə ki, son vaxtlar bəzi qida və qeyri-qidaların satışı azalıb. Satıcılar bildirirlər ki, hətta bir sıra malları ümumiyyətlə alan yoxdur. Vətəndaşlar isə daha çox ucuz məhsullar aldıqlarını deyirlər.

Satıcılar da bahalaşmadansonra alıcıların əsasən ucuz məhsullara üstünlük verdiklərini bildirirlər. Məsələn indi qarğıdalı və zeytun yağı əvəzinə daha çox günəbaxan yağı alınır.

Satıcılar həmçinin deyirlər ki, alıcılıq zəif olduğundan marketə dana ətinə gətirilmir.

Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimli mövcud vəziyyəti qiymət artımından sonraistehlakçıların alternativ məhsullara keçidi ilə əlaqələndirir.

Ekspertin fikrincə, istehlak səbətinə daxil olan bəzi məhsullar, xüsusilə də un, şəkər tozu, yağ və çörək kimi qidalar bahalaşsa, da alıcılıq zəifləmir.