Taksi sürücülərinin diqqətinə 50 manat cərimə oluna bilərsiniz VİDEO


Digərləri 01 Okt 2022 15:28:00 83 0

Taksi sürücülərinin diqqətinə  50 manat cərimə oluna bilərsiniz  VİDEO

Son dövrlər vətəndaşların daha çox narazılıq etdiyi xidmətlərdən biri də taksi fəaliyyətidir. Xüsusilə qiymətlərə yanaşmada insanların fikirləri birmənalı deyil. Bəziləri düşünürlər ki, taksi xidmətləri kifayət qədər bahadır. Ona görə də, taksilərə taksometrlərin quraşdırılmasının tərəfdarıdırlar.

Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, elə taksi fəaliyyəti ilə məşğul olanlar da bildirirlər ki, taksometrlər olmadığı üçün qiymət razılaşmaqdaçətinlik çəkirlər. Taksi şirkətlərinin təyin etdiyi məbləğ isə bəzən gedilən yolla tərs mütənasib olur.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, Taksometrlə fəaliyyət göstərmək tələbi fərdi qaydada  işləyənlərə tətbiq edilə bilər. Şirkətlərlə əməkdaşlıq edənlər üçün isə bu, zəruri deyil.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli isə bildirir ki, İnzibati xətalar məcəlləsində taksometr olmadan taksi fəaliyyəti göstərən sürücülərə  50 manat məbləğində cərimə nəzərdə tutulub.