Rusiyadan qaçdığı deyilən Hüseyn Bakıdadır FOTO


Şou-biznes 01 Okt 2022 12:48:00 124 0

Rusiyadan qaçdığı deyilən Hüseyn Bakıdadır  FOTO

Xəbər verdiyimiz kimi, azərbaycanlı bloger Hüseyn Həsənov 2 gün əvvəl Rusiyanı tərk edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, səfərbərlikdən yayınması haqda məlumatlar yayılan blogerin Bakıda olduğu üzə çıxıb.

O, sosial şəbəkədə atası Səttar bəyin sağlamlıq vəziyyətini kontrol etdirmək üçün Azərbaycana gəldiyini bildirib.

Qeyd edək ki, Hüseyn Rusiyadan qaçması haqda xəbərlərə ötən gün belə münasibət bildirmişdi:

"Sosial şəbəkədə paylaşdım ki, atamın yanına gedib, qayıdacağam. Mənim yaşadığım öz həyatım, planlaşdırılmış işlərim var. Bir neçə gün sonra qayıdacağam. Rusiyanı sevirəm".