Gəncədə 46 yaşlı kişinin


Digərləri 01 Okt 2022 09:48:00 204 0

Gəncədə 46 yaşlı kişinin

Gəncə şəhərinin 3-cü mikrorayon ərazisində ötən gecə 46 yaşlı kişi qətlə yetirilib.

Son.az report-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü Fuad Abdulhalimov şah damarının kəsilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1977-ci il təvəllüdlü Afdandil Kərimov saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.