Meksika prezidentinin halı


Dünya 01 Okt 2022 08:33:00 112 0

Meksika prezidentinin halı

Piratlar Meksika prezidenti Andres Manuel Lopez Obradorun səhhəti barədə məlumatları ələ keçiriblər.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Meksika hökumətinin gündəlik məlumatında bildirilib.

Hökumətdən bildirilib ki, kiberhücum nəticəsində orduya aid məxfi sənədlər ələ keçirilib. Bunlar arasında prezidentin hərbi hospitalda müalicə alması barədə gizli məlumatlar da yer alır.

"Həqiqətən kiberhücum olub. Fayllar müasir vasitələrlə götürülüb. Bildiyim qədəri oxşar hadisələr Çili və Kolumbiyada da baş verib. Düşünürəm ki, bu, xaricdən idarə olunur" - deyə 68 yaşlı prezident bildirib.