Ərzaq daşıyan 500dən çox yük gəmisi Ukrayna


Digərləri 01 Okt 2022 08:47:00 92 0

Ərzaq daşıyan 500dən çox yük gəmisi Ukrayna

Sentyabrın 30-da 45 min tondan çox qarğıdalı və günəbaxan yağı olan üç quru yük gəmisi Ukrayna limanlarını tərk edib. Bununla bağlı gəmilər Birgə Koordinasiya Mərkəzindən icazə alıblar.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Mərkəzdən bildirilib.

"Sentyabrın 30-da Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində ümumilikdə 45,2 min ton taxıl və digər aqrar-sənaye məhsulları daşıyan üç gəmi Ukrayna limanlarını tərk edib", - deyə qeyd olunub.

"Blue One" (32,3 min ton qarğıdalı) və "Eleanora" (6,3 min ton qarğıdalı) gəmiləri İtaliyaya yolla düşüb. "Besiktas Iceland" yük gəmisi Türkiyəyə 6,6 min ton günəbaxan yağı tədarük edəcək.

Qeyd olunub ki, təyinat yerinə çatan taxıl emal oluna və sonra başqa ölkələrə daşına bilər.