Mişa yalan deyir, siyasətdən getməyəcək


Siyasət 01 Okt 2022 08:54:00 118 0

Mişa yalan deyir, siyasətdən getməyəcək

Əgər nəzəri olaraq Mixail Saakaşvilinin kənarda olmasına icazə versək, o, birbaşa Gürcüstan siyasətinə qərq olacaq. Siyasəti tərk etməklə bağlı açıqlaması yalnız taktiki addımdır.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə Gürcü Arzusunun sədri İrakli Kobaxidze bildirib.

Onun fikrincə, eks-prezident Mixail Saakaşvilinin Gürcüstan siyasətindən getməsi ilə bağlı söhbətlər onu həbsdən azad etmək üçün sadəcə bir yoldur:

"VHM lideri Nika Meliya dedi ki, bu, (Saakaşvilinin siyasətdən getməsi - red.) sadəcə taktikadır və bunu ictimaiyyət də bilir. Onun istədiyi tək şey indi həbsxanadan çıxmaqdır və ona görə də bu taktiki addımlara gedir. Nəzəri olaraq, Saakaşvilini azadlığa buraxsaq, o, birbaşa Gürcüstan siyasətinin içərisinə qərq olacaq. Heç kim bunun başqa cür olacağına inanmır".