Rusiyanın TOS1 sistemi


Siyasət 01 Okt 2022 08:18:00 77 0

Rusiyanın TOS1 sistemi

Ukrayna Silahlı qüvvələri Rusiyaya məxsus TOS-1 (ağır odsaçan artilleriya sistemi) sistemini və yaylım atəşli reaktiv sistemlərini məhv edib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Cənub Ordu Komandanlığı məlumat yayıb.

Komandanlığın məlumatında göstərilir ki, Ukrayna artilleriyası 330 döyüş tapşırığı yerinə yetirib. Sutka ərzində 1 ədəd TOS-1 sistemini, 1 ədəd yaylım atəşli reaktiv sistemlərini, 2 haubitsanı, 3 tankı, 2 PDM-i və silah anbarlarını məhv edib. 10 Rusiya hərbçisi zərərsizləşdirilib.