Qadın taksi sürücüsü


Dünya 01 Okt 2022 06:22:00 101 0

Qadın taksi sürücüsü

Rusiyada, Kamçatka diyarında məhkəmə 34 yaşlı qadın sürücüyə hücum edərək onu zorlamaqda ittiham olunan 50 yaşlı kişinin işinə baxacaq.

Son.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Məlumata görə, avqust ayında müttəhim narkotikin təsiri altında telefonla taksi çağırıb. O, sürücüyə hücum edib, onu döyüb və ölümlə hədələyib. Daha sonra o, meşədə və öz mənzilində qurbanı zorlayıb. Təcavüzkarın fikri yayınanda qadın qaçaraq polisə müraciət edə bilib.

Faktla bağlı müstəntiqlər Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 131-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi ("Zorlama") və 132-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi ("Seksual xarakterli zorakılıq hərəkətləri") ilə iş açıb.