"Rəhim xəstəliyini anasından gizlədib, gizli dərmanlar içib"


Şou-biznes 30 Sen 2022 23:25:00 129 0

"Rəhim xəstəliyini anasından gizlədib, gizli dərmanlar içib"

Əməkdar artist Kübra Əliyeva 43 yaşında ürəktutmadan vəfat edən bəstəkar-müğənni Rəhim Rəhimlinin ölümündən söz açıb.  

Son.az bizim.media-ya istinadən bildriir ki, bu haqda sənətkar ekspert qismində iştirak etdiyi "Bizimləsən" ictimai- sosial verilişdə danışıb.  

Aktrisa çıxışından bildirib ki, Rəhim xəstəliyini ailəsindən gizlədib:

"Rəhim elə bir xasiyyətdə adam olub ki, o heç kimə ağız açmayıb, müraciət etməyib. Amma mesaj yolluyub. Onun o ayaqlarına biganə qalmaq olmazdı. Mən iki ay əvvəl Rəhimi gördüm, amma o zaman onun ayaqları bu vəziyyətdə deyildi. O ayağına idman ayaqqabısı geyinmişdi. Onun geyim tərzi idi. Halından heç şikayət etmədi.

Belə qənaətə gəlmək olar ki, o dərdini heç kimə söyləməyib. Biz Rəhimi qoruya bilmədik. Rəhim xəstəliyini anasından gizlədib. Gizli-gizli dərmanlar qəbul edib. Hansı dərmanları qəbul edirsən? Bəlkə heç o dərmanlar sənə olmaz? Qəbul edilən dərmanları əvvəlcə həkimlərdən soruşmaq lazımdır. Kaş ki, Rəhim səhhətində yaranan problemlərdən xəbər versəydi".

Qeyd edək ki, Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından 43 yaşında vəfat edib. TƏBİB-in açıqlamasında müğənninin bununla yanaşı, ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası olduğu da bildirilib.