İranda SEPAHın polkovniki öldürülüb


Dünya 30 Sen 2022 22:01:00 91 0

İranda SEPAHın polkovniki öldürülüb

Bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zahidan şəhərində baş verən hadisələr zamanı İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) vilayət üzrə təhlükəsizlik idarəsinin rəisi polkovnik Əli Musəvi öldürülüb.

Trend-in məlumatına görə, bunu IRNA-ya açıqlamasında məlumatlı mənbə bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində daha 3 SEPAH əməkdaşı yaralanıb.

Qeyd edək ki, bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zahidan şəhərində baş verən hadisələrdə ən azı 19 nəfər ölüb və 15 nəfər yaralanıb.