Ukraynaya daha


Dünya 30 Sen 2022 22:08:00 85 0

Ukraynaya daha

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ hökumətinin 2022-ci il dekabrın 16-dək maliyyələşdirilməsini davam etdirilməsi barədə qanun layihəsini təsdiqləyib.

Son.az Trend-ə istinadən bildirir ki, iclas Amerika qanunverici orqanının aşağı palatasının saytında yayımlanıb.

Məlumata əsasən, qanun layihəsində Ukraynaya 12,4 milyard dollar əlavə yardım da göstərilib.

Qeyd edək ki, sentyabrın 29-da bu təşəbbüsü Konqres Senatı təsdiqləyib, indi isə onu ABŞ prezidenti Co Bayden imzalamalıdır.